Bakıda türk iş adamı cərimə edildi

Bakıda türk iş adamı cərimə edildi
04 Yan 2025 14:40
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhimdar Cəmiyyətinin (ASC) baş direktoru Ayhan Keskinkılıç cərimələnib. 

News365.az-ın məlumatına görə, 11 dekabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ASC-nin baş direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi protokol tərtib edilib. 

Məlum olub ki, ASC-nin B.G. adlı şəxsə 2023-cü il üçün zərərə görə ödəniş gecikdirilib və bu günədək tam ödənilməyib. 

Məhkəmənin qərarı ilə Ayhan Keskinkılıç barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub. 

Youtube kanalımız