Gənc qadın siçan dərmanından zəhərlənib öldü

Gənc qadın siçan dərmanından zəhərlənib öldü
12 Yan 2025 21:45

Qazaxda zəhərlənmə hadisəsi qeydə alınıb.


News365.az xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.


Belə ki, 2000-ci il təvəllüdlü A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada