Türk müğənni Funda Arar uzun fasilədən sonra çıxardığı yeni mahnısı “Unutulmuyor” ilə sabah bütün rəqəmsal platformalarda dinləyicilərlə görüşəcək. Mahnı üçün imicini yeniləyən Arar, saçlarını qısaldaraq sarıya boyadıb.
News365.az xəbər verir ki, musiqi karyerasına 2000-ci ildə “Sevgilerde” albomu ilə başlayan Arar, 2003-cü ildə Tarkanın da imzasını daşıyan “Seni Düşünürüm” mahnısı ilə böyük uğur qazandı. “Yak Gel”, “Senden Öğrendim” və “Bağışla” kimi mahnılarla isə dinləyicilərin yaddaşına yazıldı.
Funda Arar yeni mahnısı ilə həm musiqi, həm də vizual baxımdan yeni mərhələyə qədəm qoyur və dinləyicilər qarşısına tamamilə fərqli bir obrazla çıxır.
News365.az