Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Faiq Ağayev:  “Biz sevgili olmamışıq”
23 Apr 2024 19:31

“Mən Aygünü hər zaman sevmişəm. Aygün mənə deyir ki, məni səndən çox sevən olmayıb”.

Bu sözləri “Azad Azərbaycan” televiziyasının (ATV) efirində Xalq artisti Faiq Ağayev deyib.

O, həmkarı, Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən danışıb.

“Mən Aygün Kazımovanı 35 ildir ki, tanıyıram. Bu 35 ildə onu sevmişəm. Biz sevgili olmamışıq. Aygün mənim üçün dostdur, bacıdır, sirdaşdır. Amma bizim pərdənin digər tərəfinə keçməyimiz heç zaman olmayıb. Lakin sevgili olsaydıq, hər ikimiz razı qalardıq”, - deyə Faiq Ağayev qeyd edib.


Youtube kanalımız

Oxşar xəbərlər