Əvəz Zeynallı çağırış etdi: Türkiyədə bizə kömək edəcək vəkil varmı?!

Əvəz Zeynallı çağırış etdi: Türkiyədə bizə kömək edəcək vəkil varmı?!
18 İyn 2025 22:42

Jurnalist Əvəz Zeynallı Türkiyədə “oturum izni” prosesinə kömək üçün vəkil axtarışındadır. 


News365.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.


"Buralarda vəkillərimizdən kim var?
Ankaradayam. Bu gün sözün bütün mənalarında müalicə tam sürəti ilə başladı. Uzun və yorucu analizlər tam yekunlaşdı və bu gündən (əslində dünəndən olmalıydı, problem çıxdı) həkimlər özləri demiş “saldırıya” keçdilər.
Əziz Millətim, vəziyyət çox ciddidir. Düşünmədiyim, təxmin etmədiyim qədər. Müalicə prosedurları bizim ağlımıza gəlməyəcək dərəcədə bahalıdır. Heç bilmirəm sonu nə olacaq? Bu yükün altından çıxa biləcəyikmi?
Daha ciddi problem vaxt məsələsidir. Türkiyədə “oturma izni”ni çox sərtləşdiriblər. Demək olar ki, mümkünsüz ediblər. Biz “xəstəlik və müalicə” səbəbilə oturum almağı düşünürük. Prosedurlar və tələb olunan sənədlər o qədər çox və mürəkkəbdir ki, bunu bu halımla həll etməyim mümkünsüzdür. Vəkil lazım. Burada - Ankarada, İstanbulda bizə yardım edəcək bir vəkil varmı? Əks halda, 90 gün tamamlanacaq və mən Türkiyədə qala bilməyəcəyəm. Bu da işimizi çoox çətinləşdirəcək. Bax belə…
Allaha əmanət olun!" - deyə paylaşımda qeyd olunub

Sizin reklam burada
Sizin reklam burada