Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı

Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sen 2024 23:50

Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində silahlı insident olub.

News365.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.

 


Youtube kanalımız

Oxşar xəbərlər