Ermənistanda avtomobildə qumbara partlayıb

Ermənistanda avtomobildə qumbara partlayıb
10 Fev 2025 12:14

Ermənistanın Gegharkunik vilayətinin Sevan şəhərində “Lada Priora” markalı avtomobildə qumbaranın partlaması nəticəsində bir nəfər qəlpə yaraları alıb. 

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Hadisə bazar günü axşam saatlarında baş verib. Vilayətin 28 yaşlı sakini Yuri K. çoxsaylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib. Nəşr qeyd edir ki, ifadə vermək iqtidarında olmayan yaralı Sevan xəstəxanasından İrəvana aparılıb. 

Əməliyyat-axtarış tədbirləri zamanı müstəntiqlər hadisənin təfərrüatlarını öyrəniblər. Onların məlumatına görə, həmin gün axşam zərərçəkən tanışı ilə birlikdə öz avtomobilində (sükan arxasında) olub. Onlar arasında mübahisə yaranıb və Yuri K. qumbara çıxararaq onu partladacağı ilə hədələyib.  Sərnişin avtomobili tərk etməyə çalışarkən Yuri K. onu saxlamaq istəyib. Bu zaman qumbara əlindən düşüb. Onun tanışı avtomobildən çıxmağa macal tapıb, bundan sonra partlayış baş verib.


Sizin reklam burada
Sizin reklam burada