Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ

Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
31 İyl 2025 16:42

Erməni Apostol Kiləsinin ieromonaxı Koryun Arakelyan katalikos II Qareginin istefasını tələb edib.

Koryun Arakelyan “Hraparak” qəzetinə müsahibəsində Ermənistan hakimiyyətinin katalikosa təzyiqlərini dəstəklədiyini bəyan edib. O, II Qaregini yalan danışmaqda və kilsəni dağıtmaqda ittiham edib.

Qeyd edək ki, II Qareginlə Konyur Arakelyan arasında düşmənçilik münasibətləri var.

2018-ci ilin iyul ayında Arakelyan katalikosun istefasını tələb etdiyinə görə kilsədən qovulub. II Qareginin fərmanı ilə Koryun Arakelyan din xadiminə yaraşmayan və antikanonik hərəkətlərə görə vəzifəsindən uzaqlaşdırılıb, eləcə də san dini rütbəsindən məhrum edilib. Bundan sonra ruhanilər arasında Armen Arakelyan adı altında dinsizlərə aid edilib.

Kilsədən qovulduqdan sonra onun səhhətində ciddi problemlər yaranıb və görmə qabiliyyətini itirib. Lakin mövqeyindən geri çəkilməyən Koryun Arakelyan ruhani geyimini çıxartmayıb. İndi isə Paşinyan hökumətinin kilsəyə qarşı mübarizəsini dəstəkləyərək katalikosdan qisas almağa çalışır.

“Kilsəyə və ya Patriarxa qarşı heç bir kampaniya aparılmır. Mən 2018-ci ildən deyirəm ki, bizdə Patriarx yoxdur. Bu adam tükənib. O, öz yalanlarında “bərkiyib” və kilsəni məhv edir. Onu oradan uzaqlaşdırmaq lazımdır, bu qədər. O, bunu vaxtında etməli idi. Təəssüf ki, bunu çox gec edir. O, artıq bunu edə biləcəyini bilir. Qoy etsin”.

“Bu, kilsənin ziyanına olmazmı?” sualına Arakelyan “Əlbəttə yox. Bu kilsəni xilas etmək üçün lazımdır” cavabını verib. Konyur Arakelyan II Qareginin övladı olması ilə bağlı məsələyə də münasibət bildirib:

“Uşağın doğulması sübut edir ki, onun kilsədə qalmağa haqqı yoxdur”.

“Bu təqdiq olunmayıb?”sualına cavabında ruhani deyib:

“Təsdiq olunub. Ana Taxt-Tacın bütün “pastva”sının (Bir kilsəyə və ya dini icmaya mənsub olan insanları, yəni dindarları ifadə etmək üçün işlədilir-red.) təəssüf ki, 90 faizi yepiskopların eyni vəziyyətdə olduğunu bilir və buna görə də onu müdafiə edirlər. Sonra and içir, son sözlərini deyirlər, amma təbii ki, belə məqamlarda özlərini layiqli aparırlar. Axı, Qaregin getsə, onlar da getməli olacaqlar. Problem də bundadır”.

“Hraparak” Arakelyandan dövlət başçısının bir insanın şəxsi həyatına, yatağına müdaxilə etməsinin nə qədər düzgün olduğunu soruşub. Konyur Arakelyanın açıqlaması isə çox sensasion olub. O bildirib ki, bu şəxsi həyat məsələsi deyil:

“Katalikosun üç arvadı, oğulları və bir qızı var. Bunu da hamı bilir”.

İeromanax dövlət çevirilişinə cəhdə və terrorçuluqda ittiham olunan arxiyepiskoplar Baqrat Qalstanyanın və Mikayel Ajapaxyanın həbsini dəstəklədiyini bildirib:

“Bu, mənim üçün çox ağrılıdır. İkisini də çox sevir və hörmət edirdim. Amma ağrılı olsa da, onların yerində olmalarına sevinirəm. İndiki hakimiyyət bunu çoxdan etməli idi. Ajapaxyan bu bəyanatı verəndə o zaman fərqinə varmadılar, dedilər ki, nə danışırsan? Onu sakit buraxıb cəmi bir ildən sonra həbs etdilər”. /cebheinfo.az/


Sizin reklam burada
Sizin reklam burada