Ərdoğandan Paşinyana tövsiyə: Yol xəritəsini hazırlayın

Ərdoğandan Paşinyana tövsiyə:  Yol xəritəsini hazırlayın
23 Apr 2024 17:12

Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlamaq üçün mövcud reallıqlara diqqət yetirməyə çağırıb.

Türkiyə prezidenti İraqdan qayıdarkən onu müşayiət edən jurnalistlərə bildirib:

“Hazırda regionda yeni nizam qurulur. Əsassız xatirələri atmağın vaxtıdır, indiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yaxşıdır. İndi Ermənistanın baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək”.

Ərdoğanın sözlərinə görə, fürsət pəncərəsi həmişə açıq olmayacaq və bu məqamdan səmərəli istifadə etmək lazımdır.


Youtube kanalımız

Oxşar xəbərlər