Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik

Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik
17 İyl 2025 23:15

Suriyanın bölünməsinə qətiyyən icazə verməyəcəyik.

News365.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

"Sərhədlərimiz daxilindəki kürdlər kimi, Suriyadakı kürdlər də bizim qardaşlarımızdır. Biz bu torpaqlarda ev sahibiyik. Qonşumuz Suriyanın ərazi bütövlüyünün, milli birliyinin və multikultural kimliyinin qorunması siyasətimizin təməlidir", - deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada