Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.
Türkiyə lideri bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq.
Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.