Ərdoğan: Ankara Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır

Ərdoğan: Ankara Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır
20:40

Türkiyə İran və ABŞ arasında fikir ayrılıqlarının aradan qaldırılmasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır və bu istiqamətdə təmaslarını davam etdirmək niyyətindədir.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində bildirib.

“Gərginliyin azaldılması və problemlərin həlli üçün İran və ABŞ arasında vasitəçi rolunu oynamağa hazır olduğumuzu təsdiqləyirik və bu istiqamətdə təmaslarımızı davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə bütün platformalarda İrana qarşı istənilən hərbi addımlara qarşı olduğunu ifadə edib.

Diplomatik səylərdən danışan Türkiyə prezidenti qeyd edib ki, Ankara regiondakı tərəfdaşları ilə koordinasiyalı şəkildə hərəkət edir.

“Bizim dost ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı və Pakistanla təmaslarımız davam edir. Biz bu məsələyə bloklar və ya alyanslar məntiqi ilə yanaşmırıq”, – deyə Ərdoğan vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada