Bakıda ər-arvad dəm qazından zəhərlənib.
News365.az xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.
R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.