"Əminəm ki, Azərbaycan Prezidentini Nobel sülh mükafatına namizəd göstərən qruplar olacaq"- Politoloq

"Əminəm ki, Azərbaycan Prezidentini Nobel sülh mükafatına namizəd göstərən qruplar olacaq"- Politoloq
16:17

 

Xəbər verdiyimiz kimi fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Bu da təsadüfi deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyev təkcə Ermənistanla Azərbaycan arasında sülhə nail olmayıb, həm də Cənubi Qafqazda davamlı sülh üçün böyük mücadilə edib.

Mövzu ilə bağlı News365.az-a müsahibə verən politoloq Əhməd Əlili bildirib ki, bu mükafat Azərbaycanın sülh təşəbbüslərinin Beynəlxalq aləmdı təqdir olunduğunun sübutudur:

 

"Cənab Prezidentin düşməni darmadağın etmiş Azərbaycan ordusnun gücünün pik nöqtəsində müharibəni dayandırıb sülh danışıqlarına başlaması həqiqətən də təqdirəlayiq haldır. Hazırda bunun yüksək səviyyədə qiymətləndirildiyinin şahidi oluruq. Əksər ölkə liderləri imkan varikən münaqişəni hərbi yolla həll edərdi. Lakin İlham Əliyev sülhü seçdi. Bu qərar sonradan daha effektiv nəticələrin əldə edilməsinə gətirib çıxardı. Azərbaycan Prezidenti bu prosesi kifayət qədər uğurlu davam etdirdi. Düşünürəm ki, bu mükafat onun sülh yaratma səylərinin qiymətlədirilməsinin başlanğıcıdır. Əminəm ki, bir müddət sonra Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin üçünü birlikdə  nobel sülh mükafatına namizəd göstərən qruplar olacaq".

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada