"Elgünün qatillərini susanlar qoruyur!"- Amil Xəlil

"Elgünün qatillərini susanlar qoruyur!"- Amil Xəlil
09:50

Teleaparıcı Amil Xəlildən Elgünün ölümü ilə bağlı sərt çıxış: “Bu cinayətə göz yuman hər kəs bu ölümdə ortaqdır!”

News365.az xəbər verir ki, teleaparıcı Amil Xəlil gənc məktəbli Elgünün küçənin ortasında vəhşicəsinə döyülərək öldürülməsinə münasibət bildirib. O, sosial şəbəkə paylaşımında ictimaiyyətin və xüsusilə Elgünün ətrafının səssizliyini kəskin şəkildə tənqid edib.

Elgünün ölümünün hərtərəfli və ədalətli araşdırılmasını İSTƏYİRİK! Hər dəfə ‘mənlik deyil’, ‘qarışma, başıma iş gələr’ deyən, cinayətə göz yuman hər kəs bu ölümdə ortaqdır! Elgün sadəcə məktəbli idi. Küçənin ortasında vəhşicəsinə döyülərək öldürüldü. Bizlər yenə susuruq. Susmayaq!” – deyə Amil Xəlil bildirib.

Teleaparıcı həmçinin Elgünün ətrafındakı şəxslərə səslənib:
“Əsas da Elgünün ətrafı… Səssizliyiniz Elgünə deyil, qatillərə yarayır! Nə bilmirsinizsə, polislə bölüşün. Vicdan baxımından, qeyrət baxımından bu addımı atın. Adım kimi əminəm ki, Elgünün ətrafında 1-2 nəfər bu işdən tam xəbərdardır, sadəcə susurlar!

Qeyd edək ki, bu hadisə cəmiyyət arasında böyük narahatlıq yaradıb və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. İctimaiyyət isə hadisənin tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edir.


Sizin reklam burada
Sizin reklam burada