Kabelsiz modemlər (Wi-Fi) əksər evlərdə var. Bəzən bu cihazlar gün ərzində fasiləsiz işləyir. Bəzi insanlar evdən çıxarkən də modemi işlək vəziyyətdə qoyurlar.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev News365.az saytına açıqlamasında bildirir ki, evdən çıxarkən modemi elektrik cərəyanından ayırmaq daha doğrudur:
"Modem kimi elektriklə işləyən qurğuları evdən çıxarkən cərəyandan ayırmaq lazımdır. Modem uzun müddət cərəyana qoşulu qaldıqda həddən artıq isinir. Bu həm modemin sıradan çıxmasına, həm də yanğının baş verməsinə səbəb ola bilər. Ona görə də modemi daim elektrik cərəyanına qoşulu halda saxlamaq düzgün deyil".
Ləman Şərifova