Fransa millisinin əfsanəvi futbolçusu Frank Riberi ağır ittihamlarla üz-üzə qalıb.
News365.az Teleqraf-a istinadən xəbər verir ki, son dönəmlərin ən böyük qalmaqallarından sayılan Ceffri Epşteynin işi üzrə yeni açıqlanan sənədlərdə veteran futbolçunun adı bir neçə dəfə qeyd olunub.
Sənədlərdə yer alan zərərçəkmiş ifadələrinə görə, Riberi bağda bir qadını döyməyə cəhd edib, həmçinin vəkili Silven Kormye ilə birlikdə əyləncə məkanlarında 14 yaşlı qızları axtarıb. İddialarda həmçinin Riberinin fahişəlik şəbəkəsinin üzvü olduğu və vəkilinin kimisə döyərkən bunu futbolçunun göstərişi ilə etdiyini dediyi bildirilir.
Hələlik ulduz futbolçunun bu hadisələrdə iştirak dərəcəsi tam aydın olmasa da, 2010-cu illərin əvvəlində bənzər bir qalmaqalla (yetkinlik yaşına çatmayanla bağlı ittiham) məhkəmə qarşısına çıxan Riberi üçün bu sənədlər ciddi reputasiya zərbəsi hesab olunur.
Qeyd edək ki, Frank Riberi 2022-ci ilin oktyabrında karyerasını bitirib. O, Almaniyada "Bavariya", Türkiyədə "Qalatasaray", Fransada "Marsel", İtaliyada "Fiorentina" kimi komandalarda çıxış edib.