İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Bayer 04" klublarının keçmiş müdafiəçisi Timoti Fosu-Mensa "Kristal Pelas"ın (İngiltərə) 21 yaşadək futbolçulardan ibarət komandası ilə məşqlərə başlayıb.
News365.az-in "The Mail" nəşrinə istinadən məlumatına görə, 28 yaşlı niderlandlı futbolçu 2 illik fasilədən sonra formasını bərpa etmək üçün yenidən İngiltərəyə qayıdıb.
Təcrübəli müdafiəçi 2024-cü ilin yayında Almaniya təmsilçisi "Bayer 04"lə yolları ayırdıqdan sonra klubsuz qalıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü karyerası ərzində Joze Mourinyo və Ole Qunnar Sulşerin rəhbərliyi altında "Mançester Yunayted"in heyətində 30 rəsmi matçda meydana çıxıb. O, 2017-2018-ci illərdə icarə əsasında "Kristal Pelas"ın formasını geyinib.