"ƏDV geri al"la bağlı yeni xəbər - VİDEO

"ƏDV geri al"la bağlı yeni xəbər - VİDEO
19 Noy 2023 16:52

 

ƏDV-ləri geri alarkən diqqətli olun.

Elektron Təhlükəsizlik Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.

Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.

Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyəti üzrə müraciət etsinlər.


Sizin reklam burada
Sizin reklam burada