3 milyon evi elektriklə təmin edəcək dünyanın ilk süni enerji adasının inşası başladı.
News365.az xəbər verir ki, "Elia Transmission Belgium" şirkəti (ETB) enerji adası inşa etmək üçün Avropa İnvestisiya Bankından 650 milyon avro vəsait alıb.
Belçikanın Oostende şəhəri sahillərindən təxminən 45 kilometr uzaqda qurulacaq adanın artıq təməli qoyulmağa başlanıb. ETB adanın inşasının 2027-ci ilə qədər tamamlanacağını bildirib. Süni enerji adası (külək enerjisi ilə) 3 milyon evi elektriklə təmin edə biləcək.