İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
News365.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri - 1991-ci təvəllüdlü Şəhriyar Səlim oğlu Hüseyinov və 2001-ci il təvəllüdlü Səttar Niyazi oğlu Əliyev cinayət məsuliyyətinə cəlb olunublar.