DSMF-nin büdcədən asılılığı 18 %-dən aşağı düşüb

DSMF-nin büdcədən asılılığı 18 %-dən aşağı düşüb
29 İyl 2025 14:18

2024-cü ildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 232 milyon manat təşkil edib.

News365.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 16,1 % azdır.

Ötən il DSMF-yə daxilolmalarda transfertin payı 17,55 % təşkil edib. Bu nisbət əvvəlki il 22 % olub.

İl ərzində Fonda sanatoriya-kurort yollayışlarının dəyərinin ödənilməsindən daxil olan vəsait isə 12,2 % artaraq 2,731 milyon manata çatıb.

Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Sizin reklam burada
Sizin reklam burada