Ukraynadakı
müharibə davam edir. Pilotsuz sistemlər, ən yaxşı Ukrayna mütəxəssislərinin
üzərində işlədiyi Pilotsuz Uçuş Aparatları (PUA) artıq 1800 km məsafədə
təcavüzkar dövlətin hərbi obyektlərini vurmağa imkan verir.
Bunu
Ukrayna QUR-nun rəhbəri Kirill Budanov Hərbi Kəşfiyyat Günü münasibətilə
Facebookda etdiyi paylaşımda yazıb.
O
qeyd dib ki, "Dinc Ukrayna
şəhərləri üçün daimi təhlükə mənbəyi olan hərbi aerodromlardan gələn
hücumlardan əziyyət çəkir".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural