Doğum evində 9 körpə öldü - Araşdırma aparılır

Doğum evində 9 körpə öldü - Araşdırma aparılır
12:50

Rusiyanın Novokuznetsk şəhərində doğum evi bağlanıb.

News365.az  xəbər verir ki, Yeni il tətili zamanı orada 9 körpə ölüb. Faktla bağlı İstintaq Komitəsi araşdırmalar aparır.

Kemerovo vilayəti üzrə İstintaq Komitəsi doğum evi rəsmilərinin səhlənkarlığı ilə bağlı məlumat üzrə istintaqdan əvvəl yoxlama aparır (Cinayət Məcəlləsinin 293-cü maddəsi). Müəssisə həmçinin Rospotrebnadzor və Kuzbass Səhiyyə Nazirliyi tərəfindən də araşdırılır.

NGS42 qeyd edir ki, Novokuznetskdə yalnız iki doğum xəstəxanası var və hazırda 500.000 əhalisi olan bir şəhər üçün yalnız bir müəssisə və perinatal mərkəz qalıb.


Sizin reklam burada
Sizin reklam burada