Diplomatik əlaqələri bərpa etdilər

Diplomatik əlaqələri bərpa etdilər
13:35

Ukrayna və Suriya iki ölkə arasında diplomatik əlaqələri bərpa edib.

News365.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında açıqlayıb. 

Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsinə dair birgə kommünike imzalanıb. Sənədə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa və Suriyanın keçid dövrü hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani imza atıb.

Tədbirdə hər iki ölkənin lideri Volodimir Zelenski ilə Əhməd Əl-Şaraa da iştirak edib. 

Xatırladaq ki, Ukrayna 2022-ci ildə Suriya ilə diplomatik əlaqələri kəsmişdi. Belə ki, həmin il iyunun 29-u Suriya “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini və suverenliyini tanıyıb. Bunun ardınca, V.Zelenski Suriya ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada