DİN-dən vətəndaşlara MÜRACİƏT – VİDEOxt

DİN-dən vətəndaşlara MÜRACİƏT – VİDEOxt
16:02

Daxili İşlər Nazirliyi (DİN) 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.

Bu barədə News365.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.


"26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.

Bu məqsədlə Daxili İşlər Nazirliyi antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb.

Bəşəriyyətin ən böyük bəlası olan narkotiklərə qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk və hər zaman davam etdirəcəyik!" - deyə məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada