"Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı və ya icarəyə verilməsi üçün müəyyənləşdirilən qiymətlərin həddindən artıq baha olması reallıqda bu istiqamətdə əməliyyatların aparılmasını xeyli mürəkkəbləşdirir".
News365.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vasif Qafarov səsləndirib.
O, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun 2025-ci il üzrə illik hesabatının müzakirəsi zamanı çıxış edib. Millət vəkili vurğulayıb ki, Lerik və digər oxşar dağlıq, ucqar ərazilərdə torpağın bir sotunun dəyərinin üç-beş min manat və ya daha yüksək təyin olunması həmin torpaqların istifadəsiz qalması ilə nəticələnir:
"Nəticə etibarilə, bu vəziyyət bələdiyyələrin gəlir qazanmaq imkanlarını məhdudlaşdırır.
Düşünürəm ki, bələdiyyələrin qarşılaşdığı bu çətinliklər hərtərəfli şəkildə öyrənilməli, analiz edilməli və lazımi tədbirlər görülməlidir".