Dəhşətli yol qəzası - 12 ölü

Dəhşətli yol qəzası - 12 ölü
13:57

İndoneziyanın Qərbi Sumatra əyalətinin Padanq-Pancanq şəhərində səhər saatlarında baş verən avtobus qəzası nəticəsində ən azı 12 nəfər həlak olub, beşdən çox insan yaralanıb.

News365.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı şəhər nəqliyyat departamentinin nümayəndəsi təsdiqləyib.

Bildirilib ki, Medan-Cakarta marşrutu ilə hərəkət edən avtobus əyləclərin sıradan çıxması səbəbindən idarəetməni itirərək aşıb.

Avtobusda 25 sərnişin olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.


Sizin reklam burada
Sizin reklam burada