Dalğıclar təyyarənin qara qutusunu tapıblar

Dalğıclar təyyarənin qara qutusunu tapıblar
30 Yan 2025 13:31

Bir qrup dalğıc Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutularından birini aşkarlayıb.

Bu barədə CBS News telekanalı məlumat yayıb.


Nəşrin məlumatına görə, dalğıc qrupu uzun axtarışlardan sonra qara qutulardan birini aşkarlaya bilib. Qutunun uçuşla bağlı prosesləri qeydə alan, yoxsa təyyarənin performans məlumatlarını yadda saxlamaq üçün bir cihaz olması hələlik müəyyən edilməyib.

Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.


Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.


“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.


Tural