Daha bir dövlət qurumuna birbaşa şikayət etmək olacaq

Daha bir dövlət qurumuna birbaşa şikayət etmək olacaq
15:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.

Bu barədə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, bu yeni xidmət vasitəsilə vətəndaşlar Komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.


Sizin reklam burada
Sizin reklam burada