Zabratda avtomobilin vurduğu qadın öldü

Zabratda avtomobilin vurduğu qadın öldü
05 Apr 2025 17:49

Bakının Sabunçu rayonunda yol nəqliyyatı hadisəsi zamanı 30 yaşlı qadın ölüb.

News365.az xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, piyada keçidindən keçən hələlik şəxsiyyəti bilinməyən təqribən 28-30 yaşlı qadını avtomobil vurub.

Hadisəni törədən sürücü onu xəstəxanaya çatdırmaq istəsə də, qadın yolda dünyasını dəyişib.

Hazırda fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada