Çin avtomobillərinin qiyməti bahalaşacaq

Çin avtomobillərinin qiyməti bahalaşacaq
09:20

Çin avtomobil bazarında yeni qiymət davranışı qaydaları tətbiq edir.

News365.az xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi avtomobil istehsalçıları, dilerlər və ehtiyat hissələri tədarükçüləri üçün yeni "Qiymət davranışı qaydaları"nı dərc edib.

Sənədə əsasən, avtoistehsalçılar məhsulların qiymətlərini istehsal xərclərini, bazardakı tələb və təklifi nəzərə almaqla müəyyən etməlidirlər.

Avtomobillərin qiymətləri istehsal xərclərindən aşağı ola bilməz. Bundan əlavə, avtomobil bazarı iştirakçılarına qiymət sövdələşmələrinə girmək qadağan edilir. Sənəddə qeyd olunur ki, qaydaları pozanları "ciddi hüquqi risklər" gözləyir.


Sizin reklam burada
Sizin reklam burada