Çin Yaponiyaya ikili təyinatlı malların ixracını məhdudlaşdırdı

Çin Yaponiyaya ikili təyinatlı malların ixracını məhdudlaşdırdı
06 Yan 2026 13:11

"Əgər Tokio hərbi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, Çin 6 yanvarda Yaponiyaya ikili təyinatlı malların ixracına embarqo tətbiq edəcək".

News365.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Yaponiya hərbi istifadəçilərinə hərbi məqsədlər üçün və ya Yaponiyanın hərbi potensialının gücləndirilməsinə töhfə verən hər hansı ikili təyinatlı malların ixracı qadağandır". 

Nazirlik izah edib ki, Çində istehsal olunan ikili təyinatlı malları Yaponiyaya ötürməklə qadağanı pozan hər hansı bir təşkilat və ya şəxs "hüquqi məsuliyyət daşıyacaq".


Sizin reklam burada
Sizin reklam burada