Çin Afrikaya 50 milyard dollarlıq yardım edəcək

Çin Afrikaya 50 milyard dollarlıq yardım edəcək
05 Sen 2024 17:47

"Afrika qitəsinə 50 milyard dollarlıq maliyyə dəstəyi göndəriləcək".

News365.az "ANKA"ya istinadən xəbər verir ki, bunu Çin-Afrika Əməkdaşlıq Forumunda çıxış edən Çin prezidenti Si Cinpin deyib.

O, bildirib ki, Çin-Afrika münasibətləri tarixdə ən yaxşı səviyyədədir və Çin ikitərəfli əlaqələri gücləndirəcək.

"Çin və Afrika ölkələri birlikdə gücə çevrilməli, sülh, firavanlıq və tərəqqinin yeni səhifəsini açmalıdırlar. Çin Afrika ilə sənaye, kənd təsərrüfatı, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığı dərinləşdirilməyi düşünür", - deyə Çin prezidenti vurğulayıb.

Pekinin Afrika ilə yaxın siyasi mövqe tutmağa ümid etdiyini vurğulayan Si Cinpin qeyd edib ki, Çin ABŞ-nin müdafiə etdiyi dünya nizamına alternativ olan dünya nizamı qurmağı planlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada