Çaylarda sululuq ARTDI

Çaylarda sululuq ARTDI
11 May 2025 10:10

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 37 sm, Kür-Şirvanda 34 sm, Kür-Bankədə isə 5 sm artım qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada