Bu şəxslər DİQQƏTLİ OLSUNLAR!

Bu şəxslər  DİQQƏTLİ OLSUNLAR!
09:13

Avqustun 10-da Günəşdə qeyri-adi partlayış baş verib. Bu barədə Rusiyanın E.K. Fyodorov adına Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Bildirilir ki, partlayış 13 dəqiqə davam edib. Alimlərin sözlərinə görə, hadisədən sonra radiasiya bir saatdan çox yüksək səviyyədə qalıb.

Günəşdə baş verən bu cür partlayışlar Yer kürəsində müxtəlif fəsadlara səbəb ola bilər. Bunlar həm texnoloji sistemlərə, həm də insan sağlamlığına təsir göstərir.

Bəs belə hallarda nə etməli, necə qorunmalıyıq?

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov bu günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada