Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR
09:15

Tailandda parlamentin Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə keçirilir.

Seçicilər palatanın 500 üzvünü müəyyən etmək üçün səs verir. Tailandda səsvermə hüququ olan 52,92 milyon vətəndaş var. Onların 2,41 milyon nəfəri fevralın 2-də erkən səsvermədə iştirak üçün müraciət edib.

Baş nazir Anutin Çarnvirakulun mühafizəkar “Bhumcaytay” partiyası müxalif Xalq və “Pheu Tailand” partiyalarına qarşı mübarizə aparır. Hökuməti qurmaq üçün 251 yer qazanmaq lazımdır. Ekspertlər hesab edir ki, heç bir partiya təkbaşına hökumət qurmaq üçün kifayət qədər yer tuta bilməyəcək.

Parlament seçkisi ilə yanaşı yeni konstitusiyasının hazırlanmasına ölkə vətəndaşlarının rəyini öyrənmək üçün referendum da keçirilir.

Qeyd edək ki, dekabrın 12-də Tailand kralı Maha Vaciralonqkorn 2023-cü il seçkisində formalaşmış parlamentin buraxılması barədə fərman imzalayıb.


Sizin reklam burada
Sizin reklam burada