Tehranın ən yaxın müttəfiqi İran səfirini qovdu

Tehranın ən yaxın müttəfiqi İran səfirini qovdu
13:48

İranın dünyada ən mühüm dəstəkçilərindən biri də Livandır. Bir vaxtlar bu ölkədə xristianlardan tutmuş sünnilərə qədər, hər kəs İranı dəstəkləyirdi. Dünən isə Livan hökuməti İran səfirini ölkədən qovub, yəni “persona non qrata” elan edib.

News365.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, səfirin arzuolunmaz şəxs elan edilməsinin səbəbini Livan izah da edib:

“Livanın Baş naziri Nəvaf Salam deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) faktiki olaraq Livan ərazisindəki əməliyyatlara rəhbərlik edir və Livan hökumətinin razılığı olmadan ölkəni dağıdıcı müharibəyə sürükləməyə çalışır”.


Sizin reklam burada
Sizin reklam burada