Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıtda yaşayış binasında yanğın  baş verib
25 Mar 2026 14:13

Sumqayıt şəhəri, 8-ci mikrorayonda yaşayış binasında yanğın baş verib.

News365.az xəbər verir ki, hadisə 27B ünvanında qeydə alınıb.

Məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində operativ tədbirlər görülüb.

İlkin ehtimala əsasən, yanğına səbəb elektrik xətlərində baş verən qısaqapanma olub.


Sizin reklam burada
Sizin reklam burada