Yaxın Şərq böhranı ABŞ-yə təsir etməyə başlayıb

Yaxın Şərq böhranı ABŞ-yə təsir etməyə başlayıb
11:51

ABŞ-nin böyük neft şirkətlərindən biri olan "Chevron" İrana qarşı aparılan hərbi əməliyyat səbəbindən Kaliforniyanın enerji böhranına girdiyi barədə xəbərdarlıq edib.

News365.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu vəziyyət ştatın yanacağın təxminən 20%-ni Asiya ölkələrindən alması ilə bağlıdır ki, onlar da öz növbəsində Hörmüz boğazı vasitəsilə enerji təchizatından asılıdırlar. Qeyd olunur ki, Kaliforniya ABŞ-nin Texas və Luiziana enerji istehsal mərkəzləri ilə əlaqəli deyil. Bundan əlavə, son illərdə Kaliforniyada bir neçə neft emalı zavodu bağlanıb. Buna səbəb isə Kaliforniyada iqlim dəyişikliyi ilə mübarizə aparmaq və neft şirkətləri üçün mənfəəti azaltmaq məqsədi daşıyan yeni qanunvericilik məhdudiyyətlərinin olmasıdır.

"Kaliforniya idxaldan asılı olmağa qərar verib. Bu, təhlükəli bir oyundur", - deyə agentlik "Chevron" şirkətinin karbohidrogen emalı üzrə rəhbəri Endi Uolzun sözlərinə istinadən sitat gətirib. Qeyri-kommersiya təşkilatı olan Amerika Avtomobil Assosiasiyasının (AAA) açıqladığı rəqəmlərə əsasən, Kaliforniya ştatında bir qallon (3.8 litr) benzinin dəyəri ötən ay qeydə alınan 4.62 dollardan 5.82 dollara qədər kəskin bahalaşıb. Birləşmiş Ştatlar üzrə bu rəqəmin orta göstəricisi isə 3.97 dollar təşkil edir.


Sizin reklam burada
Sizin reklam burada