Əlaqə
Haqqında
Reklam
Peşə etikası
Ana səhifə
Hadisə
Siyasət
İqtisadiyyat
Cəmiyyət
Aktual
Mədəniyyət
Dünya
Qərbi Azərbaycan
Təhsil
Təhlil
Təhlil
İdman
Bu millətə necə qıydın, a Ramiz?!-
Tural İrfandan həcv
Cəmiyyət
09:29
Payımıza düşən ömrü də yedin,
Qanlar içdin, dəri soydun, a Ramiz.
Daşı, torpağı, dəmiri də yedin,
Qəti inanmaram doydun, a Ramiz.
Ləkə yaxıb təmiz adlar kirlətdin,
Böhtan yıxıb neçəsini şərlətdin,
Cana yığdın, bu milləti çərrətdin,
Çox yetimi mələr qoydun, a Ramiz.
Vəzir, vəkil qabağında əsirdi,
Vaxt var idi çoxu sənə əsirdi,
Qılıncının qəbzəsi də kəsirdi,
Başlar üzüb gözlər oydun, a Ramiz.
Qarsanba Kavının ömrü talandı,
Bu xalqa sitəmin yadda qalandı.
Mənim tək yüz minlər oda qalandı,
Bu millətə necə qıydın, a Ramiz?!
Deyir daha vaxtını şeir-bayatı yazmaqla keçirən Boz Kardinal elimizin müqtədir şairlərindən olan Qarsanba Kavının yuxarıdakı həcvinə belə cavab verib:
Əzizim, Ramiz ağlar,
Duman ağlar, sis ağlar,
"Şura" nın nəhs zalında
Boş kreslo, miz ağlar...
Fələyin üzü bozmuş,
Taleyi qara yazmış...
Kremli viran qalsın,
Planları o pozmuş...
Hey aləmi qatırdım,
Yaxşı yeyib yatırdım,
Yığdığım milyonları,
Heyf, axırda batırdım...
Ömrün sonu kədərdi,
Həbs ölümdən betərdi,
Kim nə deyir qoy desin:
Ramiz çəkməz bu dərdi...
Turan İrfan, AYB-nin üzvü, şair
YouTube Kanalımız
Paylaş: