Bu küçədə hərəkət tam dayandırılacaq

Bu küçədə hərəkət tam dayandırılacaq
09:24

Aparılacaq təmir işləri ilə bağlıdır 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

News365.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə xəbər verir.

 

"Sürücülərdən idarəetmə işlərinə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada