Bu gün Hövsanda qaz olmayacaq

Bu gün Hövsanda qaz olmayacaq
09:55

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə News365.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada