Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları bu gün Xankəndi şəhərinə səfər edib.
News365.az xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər.
Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib.
Qonaqlar Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə tanış olublar. Daha sonra Qarabağ Universiteti ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.