Zərdab xəstəxanasının keçmiş baş həkimi vəfat etdi

Zərdab xəstəxanasının keçmiş baş həkimi vəfat etdi
14:08

Zərdab Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Ruslan Nemətov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

R.Nemətov qəfil ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, o, əvvəllər Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub.

Son dövrlərdə isə həmin tibb müəssisəsində burun-boğaz (LOR) həkimi kimi fəaliyyət göstərdi.


Sizin reklam burada
Sizin reklam burada