Bayramov Mirzoyanla görüşdü

Bayramov Mirzoyanla görüşdü
26 Sen 2024 20:01

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.


News365.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.


Qeyd edək ki, tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində olub.


Sizin reklam burada
Sizin reklam burada