Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ

Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ
13:53

Balakən rayon Sarıbulaq kənd tam orta ümumtəhsil məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar  Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məktəbin mövcud vəziyyətindən xəbərdar olduqları bildirilib.         

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisəsinin əsaslı təmir olunması nəzərdə tutulub.

Əlavə olaraq qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsiplərinə uyğun olaraq həyata keçirilir. /// modern


Sizin reklam burada
Sizin reklam burada