Bakıda yeniyetmə qız atasını bıçaqladı

Bakıda yeniyetmə qız atasını bıçaqladı
02 Fev 2026 23:40

Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.


Sizin reklam burada
Sizin reklam burada