Bakıda lombard yandı - SƏBƏB

Bakıda lombard yandı - SƏBƏB
07 İyl 2024 08:13

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə Nizami metrostansiyasının yaxınlığında qeydə alınıb.

Cəfər Cabbarlı 10B ünvanında yerləşədən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.

Dərhal əraziyə FHN-nin 3 yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.

Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyuraq çölə çıxarıb.

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.


Youtube kanalımız

Oxşar xəbərlər