Bakıda bu karaoke klubun fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda bu karaoke klubun fəaliyyəti dayandırıldı - VİDEO
01 Avq 2025 10:35

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Nazirlikdən News365.az-a verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN əməkdaşları hesab ediblər ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bununla bağlı olaraq Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.



Sizin reklam burada
Sizin reklam burada